Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 000 nəfəri ötüb

 14:04 22.01.2021     35

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 903 yoluxma faktə qeydə alınıb, 24 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 251 974, ölənlərin sayı isə 3022 nəfərə çatıb.

Virusa yoluxanlardan 238 737 nəfərin sağaldığı bildirilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915724.html