ABŞ-da hava şarları ilə internetə girişi təmin edən layihə bağlanıb

 14:09 22.01.2021     46

"Google" şirkətinin sahibi olan "Alphabet" holdinqi stratosfer hava şarları vasitəsilə yüksəksürətli internetə girişi təmin edən layihəni bağlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərara səbəb layihənin həddən artıq bahalılığı olub.

Şirkətdən verilən məlumata əsasən, layihənin inkişafı üçün tərəfdaşlar tapılsa da, biznesin dəyərini azaltmaq mümkün olmayıb.

Qeyd edək ki, hava şarları ilə internetə giriş layihəsi dünyanın ən ucqar nöqtələrinə yüksəksürətli internetin ötürülməsini nəzərdə tuturdu.

İnternet xidmətini Yerdən 18 min metr yüksəklikdə yerləşən hava şarları təmin etməli idi. Həmin layihə 2017-ci ildə Puerto-Rikoda uğurla sınaqdan keçirilmişdi. Həmin vaxt "Mariya"qasırğasından sonra fəlakət zonasında 200 min nəfəri hava şarları vasitəsilə mobil rabitə ilə təmin etmək mümkün olmuşdu.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915732.html