Bakıda ağır qəza: ölən var

Bakıda yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yanvarın 21-də saat 23 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əbülfəzov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolayrıcısına vurub. Nəticədə sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən biri orada ölüb.
Xəzər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532558.html