Dişləri ağartmağın sadə və ucuz üsulu

 22:15 15.12.2019     90

Bahalı diş məcunlarına və müalicələrə pul xərcləmədən də ağappaq dişlərə sahib olmaq mümkündür.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, evdə hazırlayacağınız bu məhsulla siqaret, çay, qəhvə və ya digər yemək ləkələrindən asanlıqla xilas ola bilərsiniz. Bunun üçün bir çay qaşığı soda götürərək onun üzərinə bir neçə damcı limon suyu əlavə edin. Daha sonra isə məcun halını alana qədər qarışdırın və diş fırçası ilə ləkəli hissələrə tətbiq edin. 2 dəqiqədən artıq olmamaqla dişlərinizdə saxladığınız məcunu su ilə yuyun.

Bu prosesi bir gün ara ilə bir neçə dəfə təkrarladıqdan sonra dişlərinizin rəngindəki fərqi öz gözlərinizlə görəcəksiniz.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/799068.html