Rusiyada şok qarşıdurmalar: polislər bu cür döyüldü... – Video

 15:40 24.01.2021     52

Rusiyanın paytaxtı Moskvanın Puşkin meydanında gecə saatlarında belə davam edən aksiyaların görüntüləri Yutub sosial şəbəkəsində yerləşdirilib.

Axar.az xəbər verir ki, çoxsaylı görüntülərdə əslində polislə ciddi qarşıdurma yaşandığı əks olunub.

Belə ki, aksiya iştirakçıları polisə qarşı zor tətbiq edib.

Ötən gün FSB maşınının şüşəsinin qatropu ilə sındırıldığı haqda yayılan informasiyanın da yanlış olduğu üzə çıxıb. Yayılan videolardan birində (aşağıda təqdim edilir) əslində FSB maşınının şüşəsinin aksiya iştirakçısı tərəfindən sındırıldığı aydın görünür.

Qeyd edək ki, müxalif bloger Aleksey Navalnının həbsinə etriaz olaraq Rusiyanın müxtəlif şəhərlərində keçirilən aksiyada onminlərlə şəxs iştirak edib. Ümumilikdə 600-dən çox etirazçı saxlanılıb, onlarla insan, o cümlədən 40-dan çox polis xəsarət alıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533024.html