Qənirə Paşayeva xalq artistini təbrik etdi

 15:56 24.01.2021     59

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının xalq artisti Sabir Məmmədovla görüşüb, onu 60 illik yubileyi münasibətilə təbrik edib.

Kult.az təbrikin mətnini təqdim edir:

"Hörmətli Sabir müəllim,

Siz 1983-cü ildən indiyədək səhnədəsiz, teatr və kinoda yaddaqalan obrazlar yaratmısız. Siz Cəfər Cabbarlı mükafatına, Prezident Mükafatına, xalq artisti yüksək fəxri adına layiq görülmüsüz. Hazırda Akademik Milli Dram Teatrında fəaliyyətinizi davam etdirməkdəsiz. Sizi bir daha Mədəniyyət Komitəsi adından təbrik edir, yeni uğurlar arzulayıram!"

Xalq artisti səmimi görüş və təbrik üçün komitə sədrinə təşəkkür edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/533028.html