Aktrisa haker hücumuna məruz qaldı

 16:06 24.01.2021     144

"Benim Adım Melek" serialının ulduzu aktrisa Nehir Erdoğanın telefonuna hakerlər hücum edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Erdoğan hücum nəticəsində telefonundakı bir neçə şəkilindən olub.

Aktrisa bununla bağlı açıqlama verib:

"Can sağlığımızın və ruzimizin əlimizdən alındığı bu dövrdə telefonumdakı şəkillər olmasa da olar. Təki sağlıq olsun. Mən onsuz da bəzi şəkillərimi siləcəkdim. Hakerlər bu işdə mənə kömək etdilər. Sağolsunlar".

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/916277.html