Bakıda dəhşətli hadisə - Gənc qız özünü binadan atdı

 16:12 24.01.2021     116

Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib.

Publika.az-a daxil olan məlumata görə, hadisə bu gün 15:10 radələrində baş verib.

Hələlik kimliyi dəqiqləşməyən qadın özünü hündürmərtəbəli binadan atıb. Hadisə Əliyar Əliyev küçəsində, "Azenko" binalarının birində yaşanıb.

On beşinci mərtəbədən özünü atan qadının hansı səbəbdən intihar etməsi barədə məlumat yoxdur.

Avtomobilin üzərinə düşən qadının elə hadisə yerindəcə keçindiyi bildirilir.

Tural


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/343983.html