Ronaldo ərəblərin təklifini rədd etdi

 16:28 24.01.2021     53

"Yuventus"un ulduzu Kristiano Ronaldo Səudiyyə Ərəbistanından aldığı reklam təklifini rədd edib.

Axar.az Fanat.az-a istinadla xəbər verir ki, ərəblər portuqaliyalı futbolçuya ən son turizm yeniliklərinin reklamı üçün illik 5,3 milyon funt-sterlinq (təxminən 12,3 milyon manat) təklif edib. Amma Ronaldo reklam təklifini qəbul etməyib.

Məlumata görə, Ronaldodan rədd cavabı alan ərəblər "Barselona"nın ulduzu Lionel Messiyə təklif göndərib. Argentinalı futbolçu hələlik təklifə cavab verməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/533034.html