ABŞ-la buna hazırıq - İran

 16:50 24.01.2021     58

İran Co Baydenin prezidentliyi dövründə ABŞ-la məhbus mübadiləsini etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Səid Xətibzadə deyib.

“Təəssüf ki, amerikalılar İran vətəndaşlarını ABŞ-da girov götürürlər. İran XİN başçısı Məhəmməd Zərifin dediyi kimi, biz ABŞ-la məhbus mübadiləsini etməyə hazırıq”, - Xətibzadə bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533040.html