Afrikada koronavirusdan ölənlərin sayı 83 mini keçdi

 17:30 24.01.2021     53

Afrika qitəsində COVID-19-dan ölənlərin sayı 83 mini keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Afrika nümayəndəliyi məlumat yayıb.

"Qitədə ümumilikdə koronavirusa 3.3 milyon yoluxma qeydə alınıb. 2.8 milyondan çox insan xəstəlikdən müalicə olunaraq sağalıb", - deyə qurumdan bildirilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/916290.html