Cahangiri: ABŞ sanksiyalarının son günlərindəyik

 18:09 24.01.2021     55

İranın Birinci vitse-prezidenti İsaq Cahangiri ölkəsinin ABŞ sanksiyalarının son günlərini yaşadığını söyləyib.

Publika.az xəbər verir ki, Cahangiri bu barədə paytaxt Tehranda keçirilən neft sərgisindəki çıxışı zamanı danışıb.

O bildirib ki, ABŞ-ın sanksiyaları səbəbindən ölkənin xarici valyuta gəlirləri 100 milyard dollardan çox azalıb: “ABŞ sanksiyalarının son günlərindəyik. Qış bitdi, İran xalqını yaxşı günlər gözləyir. ABŞ-a qarşı mübarizə aparmaq əvəzinə hökumət qarşısında əngəl yaratmağa çalışanlara isə utanc qaldı”, - Cahangiri qeyd edib.

Sanksiyalara baxmayaraq neft satışlarının dayanmadığını söyləyən rəsmi nitqinə bu cür davam edib: “Son aylarda neft və neft məhsulları ixracatında rekord qırdıq. İranın neft ixracatını sıfıra endirmək istəyən Tramp bilməlidir ki, bu sahədəki ixracatımız əvvəlki illərə nisbətən dörd dəfə artıb”.

Akqabay


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/343991.html