Kürdə suyun səviyyəsi yenidən azaldı

 18:26 24.01.2021     60

Kür çayında suyun səviyyəsi aşağı düşüb.

Axar.az Report-a istinadən xəbər verir ki, ölkə ərazisində yağıntıların düşməsinə baxmayaraq, çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir.

Proses artıq neçə gündür davam edir. Son bir həftədə Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb.

Hazırda Kürdə saniyədə 300-320 kubmetr su sərfi axır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/533053.html