"Roma" 30 milyona satdığı futbolçunu qaytardı

 18:30 24.01.2021     50

"Roma" sabiq ulduzunu qaytarır.

Milli.Az Offsideplus.az-a istinadla xəbər verir ki, Stefan Əl-Şaaravinin İtaliyaya dönüşündə problem yoxdur. 28 yaşlı futbolçu Romaya gələrək tibbi müyinədən keçib. İtaliya millisinin üzvü köhnə-yeni komandasıyla 2,5 illik müqavilə bağlayacaq. 

Qeyd edək ki, Əl-Şaaravi 2019-un yayında 30 milyon avro qarşılığında "Roma"dan "Şanxay Şenxua"ya transfer olunmuşdu. Bu komandanın heyətində sonuncu dəfə avqustda meydana çıxan hücumçu son 5 ayı futbolsuz qalıb. 

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/916304.html