Quldurların hücum etdiyi gəmi Qabon sahillərinə ÇATDI

 18:36 24.01.2021     36

Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan "MOZART" konteyner gəmisi Qabonun Port Jantil liman şəhəri sahillərinə yanaşıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu öz "Twitter" səhifəsində məlumat verib.

Nazir qeyd edib ki, gəmi saat 11:00-da Port-Jantil sahillərinə yanaşıb.

A.Karaismayıloğlu quldurlarla toqquşmada öldürülən Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verdi:

"15 dənizçimizin sağ-salamat Türkiyəyə dönməsi üçün bütün səyləri səfərbər etdik".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/343995.html