Kabildə partlayış: bank əməkdaşı həlak oldu

 19:43 24.01.2021     56

Əfqanıstanın paytaxtı Kabildə minalanmış avtomobil partladılıb.

Axar.az xəbər verir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb.

Qeyd edilir ki, avtomobildəki şəxslər Əfqanıstan Mərkəzi Bankının əməkdaşları olub.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533072.html