2021-ci ildə markalar özlərini hansı loqolar ilə ifadə edəcək?

 22:45 24.01.2021     72

Adətən xaos ili olan 2020-də insanlar daha sadə dizayn və rənglərə üstünlük veriblər. Maskotlar, hərəkətli loqolar, həndəsi formasında hərflər və vintage dizaynlar da olduqca populyardır. İli geridə qoyuruq, ancaq hamını maraqlandıran bir sual da odur ki, sosial özünütəcrid 2021-ci ildə loqolara necə təsir edəcək? 99designs-ın Yaradıcı Direktoru Tristan Le Breton Adweek nəşrində məqalə paylaşıb. 2021-ci ilin trendlərinə dair proqnozunu belə ifadə edib: "Refleksiv, ölçülmüşdü, ancaq sıxıcı olmaqdan uzaqdırlar". O, bu trendlərin bir neçəsini paylaşıb.

Zamansız trend "minimalizm"
Normal zamanlarda eskiz mərhələsi ilə məhdudlaşan həndəsi formalarda sadəliyin gücü var idi. İndi dizaynerlər vizual zəminə asanlıqla yerləşdirdikləri üçbucaq, dairə, kvadratlardan istifadə etmək əvəzinə, məhdudlaşdırma havası yaradan minimalizmdən istifadə edirlər. Medium və Google Workspace bu kateqoriyada ən çox səs gətirən markalar olub. Medium ilə yenidən dizayn edilən vizuallar, markanı əks etdirən, dizayn dilinin "bünövrə daşları" olan kəlimə və hərfləri illüstrasiya stili ilə istifadə edir. Google Workspace isə yaradıcı istiqamət, bünövrə, dərinlik illüziyası yaradan parlaq, doymuş rənglər və təbəqələr mövcuddur.

Simvolizmin gücü
Loqo dizaynının hər zaman klassik simvolizmdə kökləri olub. Güclü aslanlar, hər şeyi görən gözlər, səma təsvirləri yüzillərdir piktoqram funksiyasını yerinə yetirib. Cəmiyyətin dünya miqyasında paylaşdığı təcrübələr ilə xatırlanan bu ilin sonunda isə "universallığın" dizaynerlər arasında da əks-səda doğuracağı gözlənilir. Simvollar hədəf auditoriyaya intuitiv və dərin mesajları ilə şifahi ünsiyyətin gücünü təkrar xatırladacaq. Ümumiyyətlə, bu tendensiyanın ən bariz təzahürü pandemiya zamanı göy qurşağı simvolu idi. Amazon, "Göyqurşağına Bax" reklamında duyğunu çox gözəl ifadə edib. Uşaqlar tərəfindən nərdivan, pəncərələrə çizilən rəngli, anında tanınabilən bu görüntü milyonlarla şəxs üçün güclü bir ümid mesajı oldu. 2020-ci ilə loqo dizaynında simvolik dilin gücünü göstərdi.

Duyğusal bağı gücləndirən "Portret"
2021-ə daxil olduğumuz digər bir mühüm tendensiya da loqotip və marka dizaynında orijinal portretdir. İnsanların sosial özünütəcriddə olduğu bu ildən sonra, markaların insan üzündən istifadə etməsi duyğusal bağı gücləndirəcək. Bəsit xarakter portretlərdən, hər bir qırışı vurğulayan detallı portretlərə qədər hər birinin verdiyi duyğu var. Dizayn edilən üzlər nə qədər orijinal və tanınmış olarsa, qurulan bağ da dərinləşdir.

Airbnb, çizilən hər bir şəxs üçün referans fotolar tələb edən və illüstrasiya stilində orijinallığı mənimsəən bu sektordakı ilk markalardan biridir. İrqçi klişələri özündə əks etdirən görüntülərdən uzaqlaşmağı seçən çox sayda markanın üstünlük verdiyi bu tendensiya, qlobal etirazların bir dönüş nöqtəsində əhatəliliyi tutmağı və qorumağı hədəfləyir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/913601.html