Rusiya MN Dağlıq Qarabağla bağlı MƏLUMAT YAYDI

 22:49 24.01.2021     58

"Dağlıq Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib".

Publika.az xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb:

Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar.

Bu gün Ermənistandan Dağlıq Qarabağa 185, ümumilikdə 50.843 nəfər geri qaytarılıb.

Bu günə kimi 672.3 hektar ərazi, 225.8 km yol, 883 yaşayış binası, o cümlədən 25 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/344013.html