Güclü çovğun Ermənistanı iflic etdi

 23:05 24.01.2021     64

Güclü qar çovğunu səbəbindən Ermənistanın Gorus-Tatev magistralında yüzlərlə maşın yolda qalıb.

Axar.az xəbər verir ki, yol tamamən bağlanıb və ölkənin fövqəladə hallar xidmətinin əməkdaşları təmizlik işlərinə başlayıb.

Bir sıra məntəqələrə gedən yollarda da hərəkət dayanıb. Vardenis yolunda isə əlverişsiz hava şəraiti səbəbindən yalnız yük maşınlarının hərəkətinə icazə verilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533106.html