Daha bir erməni nazir Xankəndiyə qanunsuz səfər etdi

 23:23 24.01.2021     82

Daha bir erməni nazir qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu dəfə Ermənistanın əmək və sosial işlər naziri Mesrop Arakelyan Xankəndidə "həmkarı" Mane Tandilyan və bir sıra digər yüksək vəzifəli məmurlarla görüşüb.

Bildirək ki, bundan öncə xarici işlər naziri Ara Ayvazyan Xankəndiyə səfər edib.

Azərbaycan Prezidenti İlham Əliyev bu səfərlə bağlı qarşı tərəfə xəbərdarlıq edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/533110.html