“Liverpul” İngiltərə kuboku ilə vidalaşıb

 23:28 24.01.2021     70

İngiltərə kubokunda 1/16 final oyunları davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu gün daha 4 oyun keçirilib.

Günün ən maraqlı dueli Premyer Liqanın liderləri arasında baş tutub. "Mançester Yunayted" "Liverpul"u qəbul edib. Məhsuldar keçən görüşdə meydan sahibləri qələbə qazanıb.

Daha bir matçda iki Premyer Liqa təmsilçisi görüşüb. "Bernli" səfərdə "Fulhem"i darmadağın edib. "Çelsi" və "Lester" isə aşağı liqa təmsilçiləri üzərində qələbə ilə 1/8 finala yüksəlib. 

Fevralın 9-11-də baş tutacaq 1/8 finalda "Mançester Yunayted" "Vest Hem"i, "Lester" "Braytonu qəbul edəcəksə, "Çelsi" "Barnsli"nin qonağı olacaq. "Bernli"nin rəqibi "Bornmut" - "Kroli" matçında bəlli olacaq.

Qeyd edək ki, mərhələyə yanvarın 26-da yekun vurulacaq.

İngiltərə kuboku
1/16 final
24 yanvar
"Çelsi" - "Luton" - 3:1

Abraham, 11, 17, 74 - Klark, 30
"Brentford" - "Lester" - 1:3
Bek, 6 - Ündər, 46, Tilemans, 51 (pen.), Maddison, 71
"Fulhem" - "Bernli" - 0:3
Rodriges, 31, 71 (pen.), Lonq, 81
"Mançester Yunayted" - "Liverpul" - 3:2
Qrinvud, 26, Reşford, 48, Fernandeş, 78 - Salah, 18, 58

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/916334.html