Bank of America: Bitcoin bütün köpüklərin “Anası”dır

 23:40 24.01.2021     64

"Bank of America"-ın baş investisiya strateqi Michael Hartnett son ayda bitcoinin qiymətində müşahidə olunan kəskin artımı növbəti spekuliyasiya adlandırıb. M.Hartnett-ə görə bitcoin bütün köpüklərin "Anası" kimi görünür. Bitcoin 2019-cu ilin əvvəlindən etibarən 1000% artım göstərib və bu göstərici son 10 ildə digər aktivlərin kəskin artmasından dəfələrlə yüksəkdir. Buraya 1970-ci ilin sonlarında qızılın qiymətinin 400% artmasını, 1980-cı ildə yapon səhmlərinin, 1990-cı ildə Tayland fond bazarının, 1990-cı illərdə dotkomların, 2000-ci illərdə mənzil qiymətlərinin artmasını nümunə göstərmək olar. O zaman bu sektorlar üzrə qiymətlər üçrəqəmli faiz artımı göstərdikdən sonra qısa müddətdə kəskin eniş göstərdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/913617.html