Xilasetmə işləri sürətləndirilib... - Ərdoğan

 23:54 24.01.2021     68

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qvineya körfəzində hücuma məruz qalmış gəminin kapitanlarından olan Furkan Yaren ilə növbəti dəfə telefon bağlantısı yaradıb və azad edilmiş 3 nəfərin səhhəti ilə maraqlanıb.

Axar.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, Prezident Ərdoğan kapitana xilasetmə işlərinin sürətləndiyini deyib.

Xatırladaq ki, dünən dəniz quldurları Nigeriya sahillərində "M/V Mozart" adlı Türkiyə şirkətinə məxsus gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb. Quldurlar 3 heyət üzvünü gəmi ilə birgə buraxıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533118.html