Bakıda üçotaqlı evdə YANĞIN

 23:49 24.01.2021     53

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 98 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 5 ədəd yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd soyuducu qismən qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/344017.html