Parisdə miqrantlar uşaq bağçasını zəbt etdi

 00:20 25.01.2021     68

Fransanın paytaxtı Parisdə təxminən 300-ə yaxın miqrant boş qalan uşaq bağçalarından birini zəbt edərək etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Miqrantlar soyuqdan və pandemiyadan qorunmaq üçün hökumətdən sığınacaq tələb ediblər.

Daha sonra Paris meriyası miqrantlara iki məktəbin idman zallarında gecələmək üçün yerlərin ayrılacağını bildirib.

Qeyd edilir ki, etiraz edən miqrantların əksəriyyəti noyabrın sonunda Respublika meydanında qaçqın düşərgəsini dağıtmış və bu səbəbdən oradan qovulmuşdular.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533120.html