Öz qapısına qol vuran futbolçudan şok addım

 00:43 25.01.2021     69

Türkiyə Super Liqasının 21-ci həftəsində "Hatayspor"la 1-1 bərabərə qalan "Qaziantep" klubunun futbolçusu Junior Morais komandanı tərk edib.

Axar.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Rikardo Sa Pinto məlumat yayıb.

"Morais hamı ilə vidalaşıb getdi. Öz qapısına vurduğu qola görə üzr istədi, mən də futbolda belə şeylərin ola biləcəyini dedim. Sonra öyrəndim ki, komandanı tərk edib. Niyə belə bir qərar verdiyini bilmirəm".

Qeyd edək ki, "Qaziantep" klubu 1-0 öndə olmasına baxmayaraq, 90+7-ci dəqiqədə Moraisin öz qapısına vurduğu qolla 1-1 bərabərə qalıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/533128.html