Azərbaycanda muzey və sərgi zalları açıldı

 01:41 25.01.2021     55

Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində muzey və sərgi zallarının fəaliyyətinə tətbiq edilən qadağa bu gündən aradan qaldırılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Qərara əsasən, muzey və sərgi zallarının fəaliyyəti 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/344027.html