Ərdəbildə terminal tikilir: Azərbaycana ixrac...

 14:12 25.01.2021     45

Bu yaxınlarda İranın Ərdəbil əyalətinin Parsabad bölgəsində dəmiryol terminalının inşasına başlanacaq.

Axar.az xəbər verir ki, bu barədə əyalət rəsmisi Əkbər Bəhnamcu bildirib.

Onun sözlərinə görə, bu layihə ilə bağlı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

Bəhnamcu bu terminalın Ərdəbilin kənd təsərrüfatı məhsullarının Azərbaycan, Rusiya və Orta Asiya ölkələrinə ixracının artmasına kömək edəcəyini də vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/iqtisadiyyat/533225.html