UEFA Avropa çempionatının keçiriləcəyi şəhərləri dəyişməyəcək - Bakı siyahıda qalır

 14:57 27.01.2021     46

UEFA bu il keçiriləcək futbol üzrə Avropa çempionatını planlaşdırıldığı kimi 12 şəhərdə keçirmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, koronavirus pandemiyası ilə əlaqədar turnirin bir ölkədə təşkil olunması və ya ümumiyyətlə keçirilməməsi məsələsi müzakirə olunmur.

UEFA təşkilatçı ölkələrlə daim təmasda olduğunu və həmin şəhərlərin yarışları qəbul etməyə hazır olduqlarını bildirib.

Qeyd olunur ki, koronavirusun yayılma vəziyyətindən asılı olaraq oyunların tamaşaçılarla və ya boş triubunalarla keçirilməsi qərarlaşdırılacaq.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək.

Bakıda qrup mərhələsinin 3 matçı və dörddə bir final qarşılaşması baş tutacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/917075.html