ABŞ ordusunun iki ölkədən çıxması qərarı ləğv edilir?

 15:03 27.01.2021     40

Pentaqonun yeni şefi iki ölkədən ABŞ qoşunların çıxarılması qərarını ləğv etdirmək istəyir

ABŞ-ın yeni müdafiə naziri Lloyd Ostin Əfqanıstan və İraqdakı qoşunların sayını yenidən nəzərdən keçirə bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb. Məlumata görə, Ostin ABŞ-ın hər iki konfliktdə strateji rolunu qiymətləndirməyi planlaşdırır.

Pentaqon rəsmisi Con Kirbi hələlik Əfqanıstan və İraqdakı qoşunların sayına yenidən baxılması barədə qərarın qəbul edilmədiyini bildirib:

“Amerika xalqını terrorizm təhdidindən müdafiə arzusu ilə bağlı heç nə dəyişməyib. İraq və Əfqanıstandakı qoşunların sayı ilə bağlı qərar məsləhətləşmələrdən sonra qəbul ediləcək”.

Qeyd edək ki, ABŞ-ın eks-prezidenti Donald Tramp Əfqanıstan və İraqda qoşunların sayını azaltmaq üçün hərəkətə keçmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533772.html