Pens Trampdan sonra evsiz qaldı

 15:15 27.01.2021     44

Daha öncə rəsmi igamətgahda məskunlaşan ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pens daimi yaşayış yerini itirib.

Axar.az xəbər verir ki, bu barədə “Biznes İnsayder” məlumat yayıb.

Məlumata görə, Pens ailəsi Vaşinqtonu tərk etdikdən və doğma ştatına qayıtdıqdan sonra dostlarıgildə qalmağa məcburdur.

Bildirilib ki, onlar İndiana ştatında əvvəllər istirahət üçün istifadə etdikləri qubernator Erik Holkombun kottecində yerləşiblər. Digər iddiaya görə isə cütlük hələ ki, Pensin qardaşı ilə Kolumbus şəhərində yaşayır.

Qeyd olunur ki, Pens işsizdir və indiyədək Tramp tərəfdarlarının təhdidlərinə məruz qalır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533798.html