Həkimdən SEVİNDİRİCİ PROQNOZ - Koronavirus 1 il ərzində...

 15:26 27.01.2021     52

Vaksinasiya nədir? Ölü virus ona görə vurulur ki, diri virus orqanizmə düşən kimi müdafiə işinə baxan hüceyrələrimiz onu tanısın və qarşısını alsın.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, COVID-19-un tarixə qovuşmağına az qalıb:

“Aldığımız vaksin rəsmi olaraq 50% effektivdir. Amma ölkədən-ölkəyə, insandan-insana bu rəqəm fərqlənir. Bəzi millətlər koronavirusa daha həssas, bəziləri nisbətən davamlı göründü. Bizdə ümumi rəqəmlər pis deyil. Azərbaycan ərazisi vərəmin endemik zonası sayıldığına görə əhali BSJ vaksinasiyası olunub. BSJ vaksinasiyası olan insanlarda təkcə vərəmə qarşı yox, ümumi natural immunitet də güclənir.

Aldığımız vaksin yüngül xəstə sayından daha çox ağır xəstə sayını kəskin azaldacaq, bizə də elə bu lazımdır. İnşallah, 1 il ərzində koronavirus probleminin azalmasının şahidi olacağıq.

Ümid edirəm ki, bizim insanlara bundan sonra gözəllik, qocalma əleyhinə vasitələr, psixi sağlamlıq, musiqi, fitnes, sağlam qidalanma barədə postlar daha maraqlı və aktual olacaq”.

Aytən Məftun


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/saghlamliq/344361.html