Bayden Türkiyə ilə bağlı söz verib – Blinken

 15:36 27.01.2021     37

Türkiyəni Rusiyaya və digər düşmənlərə yaxınlaşdıracaq addımlar atmaqdansa, Qərbə istiqamətləndirmək önəmlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın yeni Dövlət katibi Antoni Blinken söyləyib.

“Türkiyə çətin tərəfdaşdır. Prezident Co Bayden NATO müttəfiqi olaraq öhdəliklərini yerinə yetirməyən Türkiyənin davranışlarını gündəmə gətirəcəyinə söz verib. Terrorla mübarizə, Suriyadakı qarşıdurmaya son qoyulmasında və regional sabitliyin təmin edilməsində ortaq maraqlarımız var. Ortaq prioritetlər üzrə əməkdaşlıq axtaracaq və mübahisəli məsələləri həll etmək üçün Türkiyə ilə dialoqa girəcəyik”, - o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533804.html