Aktrisanın bütün bahalı əşyaları müsadirə olundu

 15:36 27.01.2021     40

Türkiyəli iş adamı Yusuf Araz Kemerburgaz da yerləşən lüks villasını uzun müddətdir aktrisa Defne Samyeliyə kirayəyə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, maliyyə probleminə görə tərəflər arasında xeyli müddətdir gərginlik yaşanır. Belə ki, Defne ötən ilin martından aylıq kirayə haqqı olan 16 min 720 lirəni (yəni 3 min 862 manatı) ödəmir.

Bundan əsəbiləşən iş adamı Samyelinin qaldığı mənzilə həbs qoydurub. Evdə aktrisaya məxsus bahalı əşyaların hamısı müsadirə edilib.

Yusufun vəklili Iyaz Çimen Defnenin evdən çıxması və 2 illik kirayə haqqını ödəməsi üçün onu məhkəməyə verdiklərini bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/917084.html