İndoneziyanın ən fəal vulkanı püskürməyə başlayıb

 15:41 27.01.2021     40

İndoneziyanın ən fəal vulkanı hesab olunan Merapi püskürməyə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, lava 1,5 kilometr məsafəyədək yayılıb.

İndoneziya hökuməti ikinci dərəcəli təhlükə səviyyəsi elan edib. İnsanlara vulkanın 5 kilometr məsafəsinədək yaxınlaşmamaq tövsiyə olunub.

Qeyd edək ki, 2016-cı ildə Merapi vulkanının püskürməsi nəticəsində 347 nəfər həlak olmuş, 60 mindən çox şəxs evlərini tərk etmişdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/917087.html