Türkiyə-Azərbaycan əməkdaşlığından Ermənistan da istifadə edə bilər - Hikmət Hacıyev

 15:49 27.01.2021     41

Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq regionun inkişafına və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili" adlı vebinarda deyib.

PA rəsmisi bildirib ki, bu əməkdaşlıq regionda sülhü gücləndirir: "Ermənistan da öz işğalçılıq siyasətindən əl çəkərsə, Türkiyə ilə Azərbaycan arasında regionda əməkdaşlıqdan faydalanar və Ermənistan üçün də yeni imkanlar açıla bilər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/917192.html