Zərif Paşinyanı təriflədi

 15:57 27.01.2021     38

Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir.

Publika.az xəbər verir ki, bunu İrəvanda rəsmi səfərdə olan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

İran Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan məlumata görə, Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb.

İki ölkə münasibətləri və regional mövzuların müzakirə olunduğu görüşdə Zərif Ermənistan daxil olmaqla, bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və milli suverenliyinin əhəmiyyətli olduğunu vurğulayıb.

Ermənistanı İranın önəmli qonşusu adlandıran nazir baş nazir Nikol Paşinyanın gələcəyə doğru atdığı addımları tərifləyib.

Ara Ayvazyan da öz növbəsində İranın Ermənistanın 4-cü iqtisadi müttəfiqi olduğunu qeyd edib.

Görüş çərçivəsində 2 ölkə arasındakı bankçılıq, nəqliyyat, İran məhsullarının ixracı və Araz çayının ətrafı ilə bağlı mövzular müzakirə edilib.

Zərifin Paşinyanla da görüşü planlaşdırılır.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/344377.html