Feysbukla Tvitter “Putinin aşpazı”nı blokladı

 16:06 27.01.2021     47

Feysbuk və Tvitter rusiyalı biznesmen Yevgeni Priqojinin şəxsi hesablarını bloklayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Priqojinin “Konkord” şirkətinin mətbuat xidməti yayıb. Onun şəxsi hesablarının heç bir səbəb göstərilmədən bloklandığı bildirilib.

Qeyd edək ki, Priqojin Qərb mətbuatı tərəfindən “Putinin aşpazı” deyə təqdim edilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533810.html