İndi qarşımızda qaçqınların geri qaytarılması vəzifəsi dayanır - Putin

 16:17 27.01.2021     41

Üçtərəfli bəyanat ardıcıl olaraq həyata keçirilir. Qan tökülməsini dayandırmağı, tam atəşkəsə nail olmağı və sabitləşmə prosesinə başlamağı bacardıq

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Davos forumunda çıxışında söyləyib.

“İndi beynəlxalq əməkdaşlıq qarşısında zərərçəkənlərə yardım göstərmək və qaçqınların geri qaytarılması, tarixi abidələrin qorunması və bərpası ilə bağlı humanitar problemlərin həlli məsələləri dayanır”, - o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/533823.html