Berlin pasiyentinin skandal qayıdışı ssenaridir - Rusiya

 16:28 27.01.2021     48

Rusiyada yanvarın 23-də baş verən etiraz aksiyalarının arxasında NATO ölkələrinin dövlət strukturları, xüsusi xidmət orqanları dayanır.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin Müdafiəsi Müvəqqəti komissiyasının rəhbəri Andrey Klimov deyib. Onun sözlərinə görə, ABŞ və AB başa düşür ki, Rusiya ilə birbaşa toqquşmalar intihar deməkdir. O, məhz bunun üçün Qərbin əsas yatırımı daxili xaosa qoyduğunu bildirib:

“Berlin pasiyentinin skandal şəkildə geri dönməsi xaricdə yazılmış ssenarinin yalnız bir hissəsidir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533817.html