14 yaşlı qızla yatan futbolçu həbs olundu - FOTO

 16:27 27.01.2021     32

Futbolçu 14 yaşlı qızla yatdığına görə saxlanılıb.

Milli.Az Mirror-a istinadla bildirir ki, ingilis futbolçu Tyrell Robinson 14 yaşlı qızla intim münasibətdə olduğuna görə həbs edilib.

"Bradford Siti"nin keçmiş oyunçusu Robinson 14 yaşlı qızla yatmaqdan əlavə, azyaşlı qızla yatan dostunun çılpaq şəkillərini də çəkib.

Olay 2018-ci ildə, futbolçunun 20 yaşı olarkən baş verib. O, olayın üstünün açılmasından sonra klubdan qovulub.

Məhkəmə futbolçunun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.

İsmayıl
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/917198.html