Njdeyə Qarabağda heykəl qoymağın mənası... - Korotçenko

 16:38 27.01.2021     36

Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında Njdeyə heykəl ucaldılması Rusiyada Hitler və Himmler abidəsinin qoyulması kimidir.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Qarabağdakı erməni fəalları öz fəaliyyətlərini müharibədən sonrakı dövrdə Cənubi Qafqazın sabitləşdirilməsinə yönələn Rusiya və Azərbaycanın səylərinə qarşı deyil, yeni şəraitdə dinc həyata qayıtmağa istiqamətləndirməlidir.

“Qaregin Njde nasist kollaborantı, Sovet Hərbi Tribunalı tərəfindən almanlara Sovet İttifaqı ərazisində terror aktları və təxribatlar törətməyə, o cümlədən Qırmızı Ordunun arxa cəbhəsində dinc Sovet vətəndaşlarına qarşı terror aktlarını törətmək üçün terror-diversiya qrupları hazırlamağa kömək etdiyinə görə məhkum edilmiş hərbi cinayətkardır”, - Korotçenko vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/533819.html