Kimlər koronavirus peyvəndindən imtina etməlidir?

 16:38 27.01.2021     35

Corc Mason Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova bəzi insanların koronavirus əleyhinə peyvəndlərdən imtina etməli olduğunu bildirib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert bir sıra əks göstərişlər olduğunu açıqlayıb. Bunlara kəskin tənəffüs yoluxucu infeksiyalar və ya post-koronavirus vəziyyət daxildir. IgM antikorları, ciddi xəstəlik varsa və ya virus testi pozitiv çıxıbsa, peyvənd edilməməlisiniz.

“Məsələn, antikorlar üçün qan bağışlayırsınızsa və içərisində M immunoqlobulinləri varsa, bu, immun cavabınızın formalaşmağa davam etdiyini göstərir. Yəni, PCR testiniz mənfi olsa da, bədən virusla təmasda olur. Bəlkə də virus “gizlidir”, bağırsaqlarda və ya başqa bir yerdədir. Bu vəziyyətə qalıcılıq deyilir”, - Baranova bildirib.

Professor immunosupressiya və ya skleroz kimi xəstəlikləri də əks göstəriş olaraq təsnif edib.

“IgG olduğu halda peyvəndin heç bir mənası yoxdur. Vaksin üçün növbənizi başqasına vermək daha yaxşıdır”, - mütəxəssis qeyd edib.

Aytən Məftun


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/saghlamliq/344315.html