Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürdü

 17:05 27.01.2021     36

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini R.Manafov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini İ.Litvinenkonu vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/917104.html