Tanınmış yazıçının qızına yüksək vəzifə verilir

 17:10 27.01.2021     49

Milli Məclis Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Müzakirələrin sonunda H.Əfəndiyevanın hakim təyin olunması məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/533834.html