Paşinyan köməkçisini Azərbaycanla sərhədə göndərdi

 17:09 27.01.2021     34

Ermənistan baş naziri Nikol Paşinyan müavini Tiqran Avinyanı Azərbaycanla sərhəd bölgəsində yerləşən Sünik bölgəsinə (tarixi Zəngəzur) göndərib.

Publika.az xəbər verir ki, o, Sünik bölgəsində bir sıra “işgüzar görüşlər” keçirəcək.

Hökumət başçısının müvafiq sərəncamı hökumətin məlumat saytında yerləşdirilib.

“Ermənistan Respublikası hökumətinin quruluşu və fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinin 5-ci hissəsini rəhbər tutaraq baş nazirin müavini Tiqran Avinyan 29 yanvar 2021-ci il tarixində Sünik bölgəsinə göndərilsin”, - fərmanda qeyd olunub.

Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi prosesi başladı ki, bu da Sünikdəki sərhəd yaşayış məntəqələrində qeyri-müəyyənlik və gərginliyə səbəb oldu.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/344390.html