Lukaku ilə İbrahimoviç qalmaqalı bu söyüşə görə olub

 17:16 27.01.2021     34

İtaliya kubokunun 1/4 final mərhələsinin "İnter" - "Milan" matçında (2:1) Romelu Lukaku ilə Zlatan İbrahimoviç arasındakı qalmaqalın səbəbi bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk hissəsin sonlarında "Milan"ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyəxa davaya çevrilməyib.

"Sportmediaset" saytı bildirib ki, Zlatan Lukanın ünvanına bu təhqiramiz ifadəni işlədib:  "Get ... ye, eşşək". Cavabında Lukaku İbrahimoviçi "fahişə oğlu" adlandırıb.

Qeyd edək ki, baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/917119.html