Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur - FOTO

 17:19 27.01.2021     39

Vətən müharibəsi zamanı erməni təxribatı nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması üçün 11 rayon və şəhərdə tikinti işlərinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, həyata keçiriləcək işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Həmin işlər bu gündən etibarən Gəncə şəhərində də həyata keçirilir.

Qeyd edək ki, dəymiş ziyanın aradan qaldırılması məqsədilə mülki obyektlərin təmiri və ya yenidənqurulması təşkil olunacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/917229.html