ƏMR VERİLDİ: Qarabağdan erməni hərbçilər çıxarılır - Erməni analitik DETALLARI AÇDI

 17:22 27.01.2021     43

“Ermənistan vətəndaşları artıq Qarabağda hərbi xidmət keçə bilməyəcəklər. Bu, siyasi razılaşmanın nəticəsidir. Ordu komandirləri verilən əmri yerinə yetirir, onlara belə əmr verilib”.

Publika.az
xəbər verir ki, bu barədə erməni hərbi-siyasi analitik Hayk Naqapetyan deyib.

Onun sözlərinə görə, Qarabağdakı erməni hərbçilər çıxarılır: “Bu hərbçilər Ermənistana gəldikdən sonra geri qaytarılmır. Digər tərəfdən, Ermənistandan Qarabağa getmək istəyənlər də Azərbaycan Ordusunun nəzarətindəki yollardan keçməlidir. Misal üçün, kimsə getmək istəyirsə, Gorus yolundan keçməlidir, hərçənd burada bir çox ərazi Azərbaycanın nəzarətindədir. Əslində Ermənistandan Qarabağa gedən hansısa hərbi nəqliyyatın, yaxud personalın hərəkəti də Azərbaycanın nəzarətindədir”.

Erməni analitik qeyd edir ki, Qarabağda hər şey Azərbaycanın nəzarətindədir: “Bu baxımdan, Ermənistandan hərbçiləri, yaxud Ermənistana qayıdan hərbçiləri ora göndərmək mümkün deyil”.

Asif


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/344393.html