Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinin hakimi olacaq

 17:25 27.01.2021     44

Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq. Belə ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi məsələni parlamentin plenar iclasına tövsiyə edib.

Qeyd edək ki, H.Əfəndiyeva Baş nazirin sabiq müavini, yazıçı Elçin Əfəndiyevin qızıdır. H. Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiridir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/917230.html